Həftəsonu toylara buraxılmayan şəxslərin sayı açıqlandı

20-21 noyabr tarixlərində Bakı şəhərində və respublika ərazisində 1 233 toy şənliyinin monitorinqi həyata keçirilib.

Foodinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən 1 192 şadlıq sarayında, 41 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 43 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 706 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.