İki qadın qidadan zəhərləndi

Qazax rayonunda zəhərlənmə hadisəsi baş verib.

Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, hadisə Birinci Şıxlı kəndində qeydə alınıb. 1975-ci il təvəllüdlü M.Həsənova və 1972-ci il təvəllüdlü D.Həsənova qidadan zəhərləniblər. Zərərçəkənlər yaxınları tərəfindən xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.