Bu restoranlar qaydaları pozdu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 17-də ölkə üzrə 410 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Natavan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyif oğluna məxsus “Bulaq” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr-da yerləşən, fiziki şəxs Xəlilov Amil Hümbət oğluna məxsus “Çinar” restoranı;

3. Bakı şəhəri, Xətai‎ rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus “Neopali” kafesi;

4. Bakı şəhəri, Nizami ‎ rayonu, Rüstəm Rüstəmov küç., ev 29c ünvanında yerləşən, fiziki şəxs Axundov Vüqar Qabil oğluna məxsus “Doyum dönər” kafesi;

5. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Hacıyev Seymur Ələfsər oğluna məxsus çay evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.