Südün üz dərisinə dəhşətli təsiri!

Həddindən artıq süd içmək dərinin sürətlə qocalmasına səbəb ola bilər.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə plastik cərrah Liya Qavaşeli danışıb. O bildirib ki, buna səbəb laktozaya qarşı dözümsüzlük ola bilər:

“Diyetoloqların sözlərinə görə, uzun müddət süddən çox istifadə edən insanların yuxarı göz qapaqlarında qırışlar əmələ gəlir, göz altında torbalar yaranır, eyni zamanda göz ətrafı qaralmağa başlayır, hətta yetkinlik dövründə də insanlar şişlik və sızanaqlara meyilli olurlar. Sözsüz ki, süd həvəskarları demək olar ki, həmişə artıq çəki problemi yaşayırlar”.

Mütəxəssis südün tərkibindəki hormonların təsirli olduğunu qeyd edib. L.Qavaşeli xatırladıb ki, pendir, kəsmik, mayonez və hətta çipsi, kraker, kolbasa, fəst-fud da problem yarada bilər, çünki onların tərkibində süd məhsulları ola bilər. Laktozaya qarşı dözümsüzlüyü müəyyən etmək üçün həkim bir neçə həftə süddən imtina etməyi tövsiyə edib:

“Bundan sonra göz altındakı torbalar çəkiləcək, üzdəki şiş keçəcək, üz rəngi yaxşılaşacaq. Daha sonra pəhrizə yenidən süd daxil edin və görün fərq var, ya yox”.