Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

Zaqatalada daha bir göbələkdən zəhərlənmə halı qeydə alınıb.

Foodinfo.az xəbər verir ki, rayonun Dağlı kənd sakini İbrahim Mehdiyev ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı ona göbələkdən zəhərlənmə diaqnozu qoyulub. Xəstənin vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, ötən gün də Zaqatalada bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Oktyabrın 19-u isə Qax rayonunda 2 uşaq göbələk zəhərlənməsindən vəfat edib.