Bal yarmarkasındakı məhsullar AQTA-nın laboratoriyalarında müayinədən keçirilib

20 oktyabr-7 noyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, M. K. Atatürk küçəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, götürülən 1093 nümunədən 64-ü, təxminən 6 %-i keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq.