İnsan orqanizmi üçün ən faydalı balıq elan edildi

Amerikada orqanizmdə iltihabi prosesləri azaldan, müalicəvi təsir edən faydalı balıq açıqlanıb.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ elmi tədqiqat institutunun alimləri yağlı balıqda olan eykozapentaen və dokozaqeksan turşusu iltihabla mübarizə aparmağa kömək edir.
Belə ki, bədəndə iltihab zərərli qidalanma, fast-fud, şəkər və s. –dən yaranır. İltihab hətta damarlarda da olur.
Alimlər təyin edib ki, bu turşular və Omeqa -3lə ən zəngin balıq skumbriyadır.
Məhz bu balıq ideal şəkildə iltihabla mübarizə aparır, ürək-damarları möhkəmləndirir, xolesterini azaldır.