Bu kafe, restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 19-da ölkə üzrə 390 ictimai iaşə obyektində 671 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov pr. 66 ünvanında yerləşən, fiziki şəxs Niftaliyev Namidar Yengibar oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., S. M. Əfəndiyev küç., ev 7, dön. 1 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cahangir Canvarşir oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, N. Quliyev küç., ev 45 ünvanında yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus “Dərya” kafesi;

4. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., ev 23a ünvanında yerləşən, fiziki şəxs Şahbazova Aysel Elşad qızına məxsus dönər evi;

5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3, ev 28 ünvanında yerləşən, hüquqi şəxs “JAFAR R” MMC-yə məxsus mehmanxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.