Daha 11 müəssisədən Rusiyaya alma ixracına icazə verildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 11 müəssisəsinə ölkəyə alma ixrac etmək üçün icazə verib.

Foodinfo.az xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor” yayıb.

““Rosselxoznadzor” Azərbaycan ərazisində alma istehsalı müəssisələrində aparılan fitosanitar monitorinqin nəticələri əsasında, həmçinin Respublikanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə 2021-ci il sentyabrın 14-dən başlayaraq Azərbaycanın 11 müəssisəsinə Rusiyaya alma ixrac etmək üçün icazə verir”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, aşağıdakı şirkət və şəxslər Rusiyaya alma ixrac edə biləcək:

– VELBA MMC (Quba rayonu)

– Məmmədzadə Qurban Nüsrət oğlu (Quba rayonu)

– “SARA 313” MMC (Quba rayonu)

– “RR-AGRO” MMC (Quba rayonu)

– Yalçın Nemət Oktay oğlu (Quba rayonu)

– Ələkbərov Ayaz Laçın oğlu (Qusar rayonu)

– Ağasiyeva Raxşəndə Həmdulla qızı (Quba rayonu)

– Tağıyeva Təranə Sabir qızı (Xaçmaz)

– İP Əliyev Ramin Mehdi oğlu (Quba rayonu)

– “GUBA AGRO” MMC (Nərimanov rayonu)

– İsmayılova Xəyalə Həsənbaba qızı (Xətai rayonu)