“Veysəloğlu” işçi axtarır

“Veysəloğlu” Şirkətlər Qrupu işçi axtarır.

Foodinfo.az-ın məlumatına görə, namizədlərə tələb aşağıdakılardır:

– Ali və ya orta ixtisas təhsili;
– Yaş 25-40;
– Satınalma və təchizat sahəsində bilik və təcrübə (Qida sektoru arzu olunandır);
– Rus və ingilis dili bilikləri.

Vəzifə funksiyaları:

– Hər çeşid üçün gəlir faizi proqnozlarını təmin etmək;
– Satınalma şöbəsinə satış proqnozları vermək, stokların kontrol edilməsinə nəzarət etmək ;
– Yaranan təklifləri dəyərləndirib təmin etmək (yeni çeşid, yeni fabrik);
– Bazarın monitorinq və təhlili fəaliyyətlərini icra etmək, rəqabət mühitini öyrənmək;
– Firmalarla müqavilələrin müzakirəsi və imzalanması, müqavilələr üzrə vitrin bölgüsünün təmin edilməsini həyata keçirmək.

Karyerasına bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Kateqoriya müdiri” yazmaqla career@veyseloglu.az ünvanına CV göndərə bilərlər.