“Araz Supermarket” işçi axtarır

Araz Supermarketlər Şəbəkəsi İnsan Resursları “Əmək haqqı üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!

Foodinfo.az-ın məlumatına görə, tələblər aşağıdakılardır:

– Ali təhsil (Mühasibatlıq, Maliyyə,İnsan Resursları);
– Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
– İmtiyazlarla (Bonus sistemi, dərəcələndirmə, KPİ lar) iş təcübəsi olanlara üstünlük verilir;
– Yüksək səviyyədə MS Excel bilikləri;
– Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri.

Vəzifə öhdəlikləri :

– Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını təmin etmək və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
– Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək;
– İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək;
– Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Ziba.Xudiyeva@retail.az elektron poçt ünvanına göndərə bilərlər.