Azərbaycan tutun və tütün məmulatlarının idxalına çəkdiyi xərci 60% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50,65 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

Foodinfo.az Dövlətt Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərcinin 0,6%-ni təşkil edib.

6 ay ərzində Azərbaycan həmçinin 3,7 milyon dollarlıq tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,2% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracına çəkilən xərc ümumi ixrac xərcinin 0,04%-i qədər olub.