Bu il xaricə pomidor satışından gəlir 100 milyon dolları keçdi

2021-ci ilin ilk 6 ayında (yanvar-iyun) Azərbaycandan 123 milyon 588 min dollar dəyərində 113 min 837 ton pomidor ixrac olunub. 

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət  Gömrük Komitəsinin hesbatına görə, pomidor ixracı ötən ilin ilk 6 ayı ilə müqayisədə 2021-ci ilin ilk 6 ayında miqdar ifadəsilə 24%, dəyər ifadəsilə 24% azalıb.

2020-ci ilin ilk 6 ayında Azərbaycandan 162 milyon 316 min dollar dəyərində 148 min 833 ton pomidor ixrac edilmişdi.