İctimai nəqliyyat 4 gün işləməyəcək

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın işləməyəcəyini açıqlayıb.

Foodinfo.az-a daxil olan məlumatda bildirlir ki, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.