Azərbaycanda 31 nəfərdə “Delta” ştammı aşkarlandı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb.

Foodinfo.az xəbər verir ki, açıqlama deyilir:

“Bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaratmaqdadır. SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır. Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.