“Grandmart” vaxtı ötmüş məhsullar satır?

Paytaxtın Nərimanov rayonunun Aşıq Alı küçəsində fəaliyyət göstərən “Grandmart” marketində müştəriyə vaxtı keçmiş məhsul satılıb.

Foodinfo.az xəbər verir ki, müştəri bu barədə sosial şəbəkədə yazıb. O iddia edib ki, “Aşıq Alı küçəsində yerləşən “Grandmart”dan aldığı “Bismak Krekeri”nin istifadə müddətindən 3 ay keçib. Bu vəziyyətə heç kim nəzarət etmir, insanlara vaxtı keçmiş məhsulları satırlar.”