Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır

Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Trade Marketinq üzrə Şöbə Müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: FMCG sahəsində minumum 3- il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
Yaş həddi: 25 – 35 yaş

Foodinfo.az-ın məlumatına görə, vəzifə öhdəlikləri aşağıdakılardır:

– Satışın əsas məqsədlərini və ehtiyac duyulan fondları şirkət daxilində müəyyənləşdirmək və uyğunlaşdırmaq.
– Digər şöbələrlə birlikdə Satış Yanaşma strukturuna və Satış hədəflərinə kateqoriya və markaya görə doğru və tam planlar hazırlamaq.
– Tanıtım planlarının promosyon qaydaları daxilində olmasını təmin etmək.
– Yeni təşəbbüslərin uğurlu olmasını təmin etmək üçün satış planlarını və konsepsiyasını hazırlamaq.
– Proqnozlaşdırma prosesinə töhvə vermək və Tələbat idarəetmə qrupu ilə sıx əməkdaşlıq etmək.
– Uğurla tətbiq olunmuş modelləri analiz edib yenidən tətbiq etmək.
– Sistemdə məlumatların mövcudluğunu təmin etmək, nəticələri izləmək və lazım olduqca düzəldici tədbirləri görmək.

Tələblər:

– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Yüksək liderlik və komandanı idarə etmə bacarığı;
– Güclü ünsiyyət qurma bacarığı;
– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Ticari Markeitnq üzrə Şöbə Müdiri” yazaraq CV göndərməklə müraciət edilir