Qayısı tumuna DİQQƏT!

Qayısı tumunun orqanizmə bir sıra faydaları vardır.
Foodinfo.az Medicina.az-a istinadən həmin faydaları təqdim edir:
Qayısının qurusu, yaşı hətta tumunun da bir çox faydaları vardır.
Qayısı tərkibindəki E vitamini sayəsində qırışıqlıqlara, günəş və yaşlılıq ləkələlərinə qarşı dərini qoruyur. Şirin qayısı tumu xüsusilə ürək, öskürək və astma kimi xəstəliklərin müalicəsində və ya qarşısının alınmasına önəmli rola malikdir.
Antimikrobial, ağrı kəsici, qocalma, iltihab əleyhinə və tam bir antioksidan deposu olan şirin qayısı tumu ürək və dəri sağlamlığı üçün faydalıdır. Amma tumunda acılıq olan qayısılara qarşı ehtiyatlı olmaq lazımdır. Çünki acı qayısı tumu zəhərlənməyə yol aça bilər.
Gündə 8 ədəd yeyin
Şirin qayısı tumu qan təzytiqini aşağı edir, infarktın qarşısını alır. Gün ərzində 6-8 ədəd yeyilə bilər.
Quru qayısı yaş qayışı ilə müqayisədə daha çox enerji, protein, diet lifi, kalium və dəmir tərkiblidir. Yüksək dəmir tərkibi ilə anemiyaya qarşı faydalıdır.
Şəkər xəstələrinə isə qurusu yerinə, yaş qayısı daha çox məsləhət edilir.