“Araz Supermarket” işçi axtarır

Araz Supermarketlər Şəbəkəsi Maliyyəçi-analitik (Kommersiya üzrə) vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı şəh.

Foodinfo.az-ın məlumatına görə, vəzifə öhdəlikləri aşağıdakılardır:

– Məlumatları toplamaq, qiymətləndirmək və təhlil etmək;
– Məlumatların təhlil etdikdən sonra praktiki tövsiyyələr hazırlamaq, düzgün proqnozlar vermək;
– Büdcə və maliyyə proqnozlarının hazırlanması;
– Maliyyə idarəetmə hesabatlarının hazırlanması vaxtında tərtib etmək və aidiyyatı olaraq təqdim etmək;
– Məlumatların analiz edilməsində analitik və metodiki əsasları müəyyən etmək;
– Digər aidiyyatı strukturlarla əməkdaşlıq etmək, lazımi məlumatları əldə etmək və struktur bölmələr arasında fəaliyyətlərin əlaqələndirilməsində rol oynamaq;
– İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək.

Tələblər:

– Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə arzuolunandır);
– Maliyyə və məlumat analitikası üzrə ən azı 1 il iş təcrübəsi;
– Yüksək səviyyədə MS Office bilikləri;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Maliyyəçi-analitik (Kommersiya üzrə)” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az və zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.