AQTA vakant yerlərə işçi qəbulu elan edir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regional bölmələrdə qida təhlükəsizliyi sisteminin səmərəli təşkili məqsədilə Agentliyin fəaliyyət istiqamətlərindən irəli gələrək qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, qida məhsulları mühəndisliyi, qida təhlükəsizliyi, istehlak mallarının ekspertizası və marketinqi, tibbi profilaktika, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, aqronomluq, baytarlıq, bitki mühafizə, biologiya, aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış namizədlər çalışmaq istədikləri regionun adını mövzu yerində qeyd etməklə özləri barədə məlumatlara dair anket formasını info@afsa.gov.az ünvanına göndərməli və ya 12 iyul 2021-ci il tarixinədək aşağıdakı regionlar bölmələrə təqdim etməlidirlər.

▪️ Xaçmaz Regional Bölməsi (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı)

▪️ Şamaxı Regional Bölməsi (Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı)

▪️ Salyan Regional Bölməsi (Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Neftçala)

▪️ Lənkəran Regional Bölməsi (Lənkəran, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar)

▪️ Bərdə Regional Bölməsi (Bərdə, Mingəçevir, Yevlax, Ağdaş, Tərtər, Ağdam)

▪️ Şəki Regional Bölməsi (Şəki, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ)

▪️ Gəncə Regional Bölməsi (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən)

▪️ Tovuz Regional Bölməsi (Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy)

▪️ Ucar Regional Bölməsi (Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli)