6 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, 14-19 iyun 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 6 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 4 ədədi Çin, 2 ədədi isə Türkiyə istehsalıdır.

 

İstehsalçı ölkə İstehsalçı şirkət Preparatın adı Preparatın növü
1 Çin Xalq Respublikası Hebei Huarun Pharmacy Co. Ltd Poli-Oksi 10%-li baytarlıq preparatı
2 Çin Xalq Respublikası Hebei Huarun Pharmacy Co. Ltd Poli-Oksi 20%-li baytarlıq preparatı
3 Çin Xalq Respublikası Hebei Huarun Pharmacy Co. Ltd Poli-Tilazin

(Tilozin inyeksiya 5%-li)

baytarlıq preparatı
4 Çin Xalq Respublikası Hebei Huarun Pharmacy Co. Ltd Streptomisin-vet (inyeksiya üçün toz) baytarlıq preparatı
5 Türkiyə Faber Kimya & İlaç
San.Tic.Ltd.Şti
AcidR ex Desamin-T baytarlıq preparatı
6 Türkiyə DEVA Holding A.Ş Mastispiro baytarlıq preparatı