Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra  heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

 

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

 

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən, fiziki şəxs Ağayev Dilavər Kamal oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən, fiziki şəxs Alxasov Nicat İlham oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov 18, m 1 ünvanında yerləşən, fiziki şəxs Qasımov Azad Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs İslamov Ramil Paşa oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi 30 ünvanında yerləşən, fiziki şəxs Muniyev Rasim Tofiq oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Musayev Kazıma məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Abdullayev Nicat Cəlal oğluna məxsus heyvan kəsimi məntəqəsi;

8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Avtovağzal ərazisində yerləşən, fiziki şəxs Abdullayev Rauf Hümbət oğluna məxsus heyvan kəsimi məntəqəsi;

9. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Avtovağzal ərazisində yerləşən, fiziki şəxs Hüseynov Hacı Nəcəf oğluna məxsus heyvan kəsimi məntəqəsi;

10. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Avtovağzal ərazisində yerləşən, fiziki şəxs Əsədullayev Zaur Əhmədəli oğluna məxsus heyvan kəsimi məntəqəsi;

11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin 92A ünvanında yerləşən, fiziki şəxs Abdullayev Bahadura məxsus heyvan kəsimi məntəqəsi;

12. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs İbrahimov Zaur İbrahim oğluna məxsus heyvan kəsimi məntəqəsi;

13. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs Ramazanov Rüfət Əliağa oğluna məxsus heyvan kəsimi məntəqəsi;

14. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs Rzayev Rəşad Rahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;

15. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs Abdullayev Tural Bayram oğluna məxsus heyvan kəsimi məntəqəsi;

16. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs Sarıyev Anar Mollahacı oğluna məxsus heyvan kəsimi məntəqəsi;

17. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs Əliyev Elman Səlahəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi;

18. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən, fiziki şəxs Zeynalov Pərvin Telman oğluna məxsus heyvan kəsimi məntəqəsi;

19. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küç., döngə 4 ünvanında yerləşən, fiziki şəxs Salayev Təbriz Əzizəli oğluna məxsus heyvan kəsimi məntəqəsi;

20. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən, fiziki şəxs Ağayev Zülfi Nadir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

21. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yolunda yerləşən, fiziki şəxs Bünyadov Coşqun Əli oğluna məxsus heyvan kəsimi məntəqəsi;

22. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yolunda yerləşən, fiziki şəxs Həsənov Zakir İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

23. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yolunda yerləşən, fiziki şəxs Feyzullayev Zakir İsa oğluna məxsus heyvan kəsimi məntəqəsi;

24. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, fiziki şəxs Rzayev Mürsəl Arif oğluna məxsus heyvan kəsimi məntəqəsi;

25. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, fiziki şəxs Məlikov Məhəl Əminağa oğluna məxsus heyvan kəsimi məntəqəsi;

26. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, fiziki şəxs İbişov Barat Əbülhəsən oğluna məxsus heyvan kəsimi məntəqəsi.

 

AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcəkdir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.