Bu dərmanlardan istifadə zamanı gilas yemək təhlükəlidir

Qan durulaşdırıcı dərmanlardan istifadə edərkən çox gilas yemək qanaxmalara səbəb ola bilər.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, tərkibində yüksək salisilik turşusu olan meyvələr, qışda geniş istifadə olunan albalı, quşüzümü, albalı, portağal, naringi kimi meyvələr və ananas qanı seyrəldir. Bunlar mədə və idrar yolu qanaması ilə yanaşı ölümcül beyin içi qanamalarına da səbəb ola bilər.
PERİODİK QAN TESTLƏRİ VERİN
Bu meyvələrdən istifadə edənlər ölçüləri çox diqqətli seçməli, artıq istifadədən qaçmalıdırlar. Bəzi tərəvəzlərdə də qanı durulaşdırıcı maddələr vardır. Dərmanların nə qədər qanı durultduğu periodik olaraq aparılan testlər nəticəsində bilmək olar. İdrar və mədə qanamaları, idrar rəngində dəyişikliklər, ağızdan və burundan qan gəlməsi, nəcisdən qanaxma daxili qanaxmanın olmasına işarə edə bilər.
DƏRMANDAN İSTİFADƏ YERİNƏ GİLAS YEMƏK DOĞRU DEYİL
Dərman istifadə etmədən meyvə ilə bu təsiri əldə etmək mümkün deyil.
Koronavirusun qanı troblaşdırması səbəbi ilə evdə aspirin kimi bir sıra dərmanlar qəbul edilir. Bəzən insanlar bu dərmanlardan düzgün istifadə etmirlər. Buna görə də həkim nəzarəti altında, az dozada istifadə edilməlidir.
Aspirinin qan durulaşdırıcı xüsusiyyəti ilə yanaşı gilasın da belə bir təsiri var. Gilas bədəndən toksinlərin atılmasına kömək edər. İsti suda saxladılan qurudulmuş gilas sapları da ödəm atmaqda faydalıdır. Bu meyvənin antioksidan səviyyəsi də yüksəkdir.