“Bravo” işçi axtarır

Foodinfo.az-ın məlumatına görə, “Bravo” Sətəm üzrə kiçik mütəxəssis axtarır.

Şöbə: Əməliyyatlar
Kateqoriya: Ştat
İşin növü: Tam
Elanın son tarixi: 09.07.2021

Vəzifə öhdəlikləri aşağıdakılardır:

– Mağaza və anbarlarda SƏTƏM yoxlamaları aparmaq və aşkar olunmuş uyğunsuzluqlar haqqında tədbirlər görmək
– İş yerində alət avadanlıqların yoxlamalarını həyata keçirmək
– Hər hansı bir uyğunsuzluq və təhlükəli hallar barədə dərhal məsul şəxsə məlumat vermək
– Baş vermiş hadisələrin araşdırılmasını həyata keçirmək
– Təhlükəli hallar zamanı işi dayandırmaq və iş rəhbərinə bu barədə məlumat vermək
– İş sahəsində müəyyən edilmiş təhlükələrlə bağlı işçilərə ilkin və dövri təlimlərin verilməsi üçün program hazırlamaq
– Kursların keçirilməsi haqqında qeydləri aparmaq və qiymətləndirmə suallarını hazırlamaq
– Video təlimlər hazırlamaq
– İllik təlim planı və məqsəd, o cümlədən təlimlə bağlı hədəfləri müəyyən etmək
– Təlim materiallarını daim yeniləmək
– Ərazilərdə təlimlər keçirmək
– İş sahələrində, müşahidələr apararaq təlimin effektivliyini yoxlamaq

Vəzifənin tələbləri

Təhsil: Ali təhsil

Xüsusiyyətlər

– Ən az 1 il müvafiq vəzifədə təcrübə
– İngilis dili biliyi üstünlükdür
– Komanda üzvü olma bacarığı
– Təşəbbüskar.
– Tənqidi düşüncə və təhlil bacarıqları.
– Stressə dəvamlı, Qərgin iş şəraitində işləmə bacarığı.

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizlə birgə hr2@azerbaijansupermarket.com email ünvanına göndərmək.