Rusiya qarabaşağın ixracına qadağa qoydu

Rusiya qarabaşaq ixracına müvəqqəti qadağa qoyub, bu tədbir 2021-ci il avqustun 31-dək qüvvədə olacaq.

Foodinfo.az TASS-a istinadən xəbər verir ki, müvafiq qərar Rusiya Baş naziri Mixail Mişustin tərəfindən aprelin 30-da imzalanıb.

Sənədə əsasən, müvəqqəti qadağa beynəlxalq humanitar yardım göstərilməsi üçün və təchizat kimi Rusiyadan çıxarılan mallara, eləcə də Rusiyanın xaricdə yerləşən hərbi bazalarının, Baykonur və Şpisberqendəki təşkilatlarının qida təminatına şamil edilmir.

Bundan başqa, qadağa Rusiya Federasiyası ərazisindən keçən tranzit mallara və ya Rusiyanın bir hissəsindən digərinə başqa ölkələrin ərazisindən aparılan mallara şamil edilməyəcək.