AQTİ aparıcı mütəxəssis vəzifələrinə işə qəbul elan edir

Foodinfo.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamentinin Strateji təhlil və hesabatlıq şöbəsinə aparıcı mütəxəssis vəzifələrinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

– Qida təhlükəsizliyi sahəsində uzunmüddətli işləməyə maraq göstərməli;

– Strateji təhlilin aparılması və planlaşdırmanın həyata keçirilməsi bacarıqlarına malik olmalı;

– İnkişaf strategiyalarını və məqsədli proqramları hazırlamaq bacarıqları olmalı;

– Analitik və statistik hesabatlılığın təmin edilməsi ilə bağlı təcrübəyə malik olmalı;

– Hesabatlıq formalarında dəyişikliklərin və tərtibatların edilməsi biliklərinə malik olmalı;

– İrihəcmli məlumat bazaları ilə işləmək bacarıqları olmalı;

– Mütəmadi şəkildə qabaqcıl xarici təcrübələri araşdırıb təkliflər verə bilmək bacarıqları;

– Yüksək riyazi təfəkkürün olması;

– Planlaşdırılan fəaliyyətlərin idarəolunması bacarıqları olmalı;

– Müəyyən edilmiş fəaliyyətlərin icra vəziyyətlərini nəzarət altında saxlamalı və görülən işlərlə bağlı rəhbərliyə hesabat verməli.

Namizədə tələblər:

– Statistik hesabatlılığın təmin edilməsi üçün analitik vasitələrdən istifadə etmək bacarıqları olmalı (Excel, R, Python və s.);

– Məlumatların vizuallaşdırılması üçün istifadə edilən proqram təminatları ilə işləmək bacarıqları olmalı (Tableau, PowerBI);

– Word, Excel, PowerPoint, Outlook istifadəçi proqramlarında səlis iş bilik və bacarıqları olmalı.

Ali təhsil tələbi:
– Bakalavriat səviyyəsi. Magistratura səviyyəsi arzuolunandır;

– Xaricdə təhsil və ya təcrübə arzuolunandır.

Təcrübəyə dair tələb:

– Azərbaycan dilini səlis bilməlidir. Sərbəst şifahi və yazılı xarici dil bilikləri olmalıdır.

Şərtlər:
– İş qrafiki: Tam iş günü

Üstünlüklər:

– Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlanma təlimlərinə cəlb olunması

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamenti, Strateji təhlil və hesabatlıq şöbəsi, aparıcı mütəxəssis” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.

Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır. Suallarla bağlı +99412 377-00-20 (daxili 530, Kadrlar şöbəsi) əlaqə saxlaya bilərsiniz