Enerji içkilərinə dair sanitariya norma və qaydaları müzakirə olunacaq

4 iyun 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, verilişdə enerji içkilərinə dair sanitariya norma və qaydaları, eləcə də bu növ içkilərin insan orqanizminə təsiri müzakirə olunacaq.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın Aparat rəhbəri Elxan Mikayılova ünvanlaya bilərsiniz.

Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.