12 ictimai iaşə obyekti cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 28-də ölkə üzrə 403 ictimai iaşə obyektində 709 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küç., ev 105M ünvanında yerləşən, fiziki şəxs İsmayılov Fəxri Şahin oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəs., ev 4A/2035A ünvanında yerləşən, fiziki şəxs Cabarov Turan Ələsgər oğluna məxsus “Qaya” restoranı;

3. Bakı şəhəri, Nərimanov‎rayonu, A. Neymətulla küçəsində yerləşən, fiziki şəxs Ələsgərov Ramin Yəhya oğluna məxsus “Borjomi” kafesi;

4. Bakı şəhəri, Nərimanov rayonu, V. Çəmənzəmənli küçəsində yerləşən, fiziki şəxs Müslümov Nicat Vahid oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küç., ev 100, qapı 1 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;

6. Bakı şəhəri, Səbail rayonu, Ə. Əlizadə 6/8 ünvanında yerləşən, fiziki şəxs Muhammed Atzala məxsus “Shekspear” pub;

7. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 77 ünvanında yerləşən, fiziki şəxs Əliyev Fəqan Ziya oğluna məxsus “Yarpaq” çay evi;

8. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küç., ev 15, 52 ünvanında yerləşən, fiziki şəxs Muxtarov Rəşad Aslan oğluna məxsus “Buta” çay evi;

9. Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəs., məh. 3097 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Zaur Veysəl oğluna məxsus kafe;

10. Xaçmaz rayonu, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, fiziki şəxs Səfərov Zahir Tahir oğluna məxsus kafe;

11. Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Babayev İlham Səmədağa oğluna məxsus çay evi;

12. Kürdəmir rayonu, Qağacılı kəndində yerləşən, fiziki şəxs Əliyev Ziyadxan Müşfiq oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.