12 ictimai iaşə obyekti qaydaları pozdu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 21-də ölkə üzrə 453 ictimai iaşə obyektində 768 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

 

1. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov küç., ev 53 ünvanında yerləşən, fiziki şəxs Əkbərli Elçin Akif oğluna məxsus “Yoshi  Sushi” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu‎, Naxçıvani küç., ev 9 , 615 ci məhəlləsində yerləşən, fiziki şəxs Abdullayev Bəylər Samir oğluna məxsus “La Maison” restoranı;

3. Bakı şəhəri, Səbail rayonu‎, Tağıyev küç., ev 19 ünvanında yerləşən, hüquqi şəxs “Gala” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

4. Bakı şəhəri, Sabunçu rayonu‎, Ramanı Bünyadzadə küçəsində yerləşən, fiziki şəxs Qurbanov Cavidə məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi rayonu‎, Həsən Əliyev küç.999 m ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nəsimi rayonu‎, Səməd Vurğun ev. 138 ünvanında yerləşən, fiziki şəxs Daşdıyev Orxan məxsus “Səbət” dönər evi;

7. Bakı şəhəri, Nəsimi rayonu‎, Nizami küç., ev 83a ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus  “Kolorit” kafesi;

8. Bakı şəhəri, Xətai rayonu‎, Gəncə pr., ev 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus dönər evi;

9. Bakı şəhəri, Xətai rayonu‎, Gəncə pr., ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Etibar oğluna məxsus “El Chako” restoranı;

10. Sumqayıt şəhəri, 9-cu mkr. ünvanında yerləşən, fiziki şəxs Süleymanov Telman Eldar oğluna məxsus “041” pub;

11. Salyan rayonu, Bakı-Astara yolu 134 km ünvanında yerləşən, fiziki şəxs Bağırova Gülşən Oqtay qızına məxsus kafe;

12. Salyan rayonu, Avtovağzal ərazisində yerləşən, fiziki şəxs Hacıyev Ramel Qılman oğluna məxsus kafe;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.