“Qiymət artımı əhaliyə ayda 34 milyon zərər vurur”

Milli Məclisin deputatı Əli Məsimli qiymətlərin bahalaşmasına münasibət bildirib.

Foodinfo.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, burada əsas amil bazar iqtisadiyyatında tələb və təklif şərtidir.

“Azərbaycanda əhalinin gəlirləri aşağı düşüb. Postsovet məkanında qiymətlər 2 faizin altında qalxıb. Bizdə isə inflyasiya 4 faizin üzərindədir. Bu istiqamətdə aidiyyəti oqranlar işini gücləndirməlidir. Bir sıra marketlər süni qiymət artımının mənbəyinə çevrilib. Bu da əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinə uyğun deyil. Qiymətlərin, hətta 1 faiz artırılması əhaliyə ayda 34 milyon, ildə isə 400 milyon manat zərər vurur”, – deyə Ə. Məsimli qeyd edib.