Azərbaycan birinci rübdə buğda idxalını 13%, meyvə ixracını 42% artırıb

2021-ci ilin birinci rübündə Azərbaycana 188 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 13% çoxdur.

Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $47 milyon 749,9 min (artım 31,2%) təşkil edib.

Hesabat dövründə Azərbaycana $35 milyon 823,8 min dəyərində (artım 5,1 dəfə) 81,051 min ton şəkər xammalı və şəkər (artım 3,9 dəfə), $53 milyon 543 min dəyərində (artım 2,2 dəfə) 41,293 min ton bitki yağı (artım 47,6%), $12 milyon 659,4 min dəyərində (azalma 0,3%) 3,213 min ton çay (azalma 5,2%), $20 milyon 81,9 min dəyərində (artım 7,1%) 4,158 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 5,1%) idxal edilib.

Eyni zamanda, yanvar-martda respublikaya $6 milyon 475,7 min dəyərində (azalma 27,8%) 1,833 min ton iribuynuzlu heyvan əti (azalma 23,6%), $6 milyon 218.3 min dəyərində (azalma 24%) 5,497 min ton quş əti və quş əti məhsulları (azalma 22,8%) idxal edilib.

Hesabat dövründə Azərbaycana $38 milyon 630,6 min dəyərində (azalma 0,7%) 42,062 min ton meyvə (azalma 3,4%), $9 milyon dəyərində (artım 1,9 dəfə) 18,75 min ton tərəvəz (artım 2 dəfə), $16 milyon 279,9 min dəyərində (azalma 8,6%) 64,657 min ton kartof (artım 0,6%) idxal edilib.

Bu dövrdə ölkədən $25 milyon 766,4 min dəyərində (azalma 48%) 23,824 min ton tərəvəz (azalma 37,3%), $69 milyon 954,8 min dəyərində (artım 11,9%) 63,49 min ton meyvə (artım 41,8%) ixrac edilib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 milyon 27,1 min dəyərində (artım 3,1 dəfə) 17,929 min ton şəkər (artım 2,5 dəfə), $5 milyon 83,1 min dəyərində (artm 1,9 dəfə) 4,661 min ton bitki yağı (artım 37,5%) ixrac edilib.

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan $3 milyon 951,8 min dəyərində (аrtım 16,9%) 3,433 min ton meyvə və tərəvəz şirələri (artım 37%), $659,1 min dəyərində (artım 15,2%) 58,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 1,9 dəfə), $1 milyon 961,3 min dəyərində (azalma 5%) 1,566 min ton meyvə və tərəvəz konservləri (azalma 5%), $1 milyon 30,5 min dəyərində (azalma 62,2%) 445,6 ton tütün (azalma 58,5%) ixrac edib.