Azərbaycan ət idxalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 20,673 milyon ABŞ dolları dəyərində 12 124 ton ət idxal edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8,666 milyon ABŞ dolları (29,5 %) və 4 183 ton (25,6 %) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,59 %-ni təşkil edib.