AQTA tibb müəssisələrində yoxlamaları davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir. Yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna  təqdim olunub.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.

Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.