“Azersun Holding”-dən yeni vakansiya

“Azersun Holding” keyfiyyət və prosesə nəzarət üzrə aparıcı mütəxəssisi axtarır.

Foodinfo.az-ın xəbərinə görə, namizədə aid tələblər aşağıdakılardır:

Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil;
• mexanika mühəndisliyi;
• kimya mühəndisliyi;
• qida mühəndisliyi;
• maşın mühəndisliyi;
• sənaye mühəndisliyi;
• proseslerin avtomatlaşdırılması mühəndisliyi;
• texnoloji maşın və avadanlıqlar mühəndisliyi;
• cihazqayırma mühəndisliyi;
• mühəndis fizikası;
– Bu sahədə ən azı 3-4 illik təcrübəyə malik olmalı;
– Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
– Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
– Araşdırma və analizetmə bacarığı olmalı;
– MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
– Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;

İş haqqında məlumat:

• Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
• İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
• Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
• Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət edilməsi;
• Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görülməsi;
• Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil edilməsi;
• Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasının təşkil edilməsi;
• İstehsalat hesabatlarının hazırlanması;
• İstehsalat prosesinə nəzarəti həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır) göndərə bilərlər.