Azərbaycan Gürcüstandan yumurta idxalını artırıb

Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 273,9 min ABŞ dolları dəyərində yumurta ixrac olunub.

Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin ünə nisbətdə 69,3 % çoxdur. Hesabat dövründə Gürcüstandan bu qida məhsulunun yeganə idxalçısı Azərbaycan olub.

Yanvar-martda Gürcüstanın yumurta idxalı illik müqayisədə 95,1 % azalaraq dəyəri 53,6 min ABŞ dolları təşkil edib. Qonşu ölkənin əsas yumurta tədarükçüləri Türkiyə, Çexiya, Fransa və Macarıstan olub.