1 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 28 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 16 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, qeyd olunan tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.