Yaşıl lobyanın 20 faydası

Lobya vitamin və minerallarla zəngindir. Onun tərkibində A, C, E, K, B qrupu vitaminləri, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var. Orqanizmin qocalmasını ləngidən, sərbəst radikalların təsirindən qoruyan yaşıl lobyanı “əbədi cavalıq tərəvəzi” adlandırırlar.
 
 
Foodinfo.az Medicina.az-a istinadən mövsümü yetişən lobyanın sağlamlığa faydalarını təqdim edir:
1. Sümükləri möhkəmləndirir
2. Tərkibində K vitamini olduğu üçün D vitamininin mənimsənilməsini təmin edir. Sümüklərdən kalsiumun yuyulub getməsinin qarşısını alır. Osteoporoza qarşıdır.
3. Lifli qida olduğu üçün bağırsaqları təmizləyir, qəbizliyə qarşıdır
4. Ürək-damar sistemini möhkəmləndirir. Damarları təmizləyir
5. Yüksək təzyiqi salır
6. Bədəndən zərərli maddələri, toksinləri çıxarır
7. Qışdan sonra bədəni dirçəldir
8. İmmuniteti möhkəmləndirir
9. Saçları, dırnaqları, dişləri gücləndirir
10. Hamilələrdə dölün inkişafına təsir edir. Fol turşusu ilə təmin edir.
11. Qanda şəkəri salır
12. Ağciyərlərin iltihabi xəstəliklərində faydalıdır, pnevmoniyadan sonra ağciyərləri bərpa edir
13. Koronavirus və sonra xəstələrə lazımlıdır
14. Böyrəklərdən duzları çıxarır
15. Sidik turşusunu azaldır
16. Dəmir çatışmazlığı, anemiya, qanazlığında qan artırır
17. Dişlərdə ərpi aparır, dərini gözəlləşdirir
18. Xroniki ginekoloji və prostat xəstəliklərində özü və suyu qəbul edilir
19. Süd vəzi və kolon bağırsağından əziyyət çəkənlərin menyusunda olmalıdır
20. Uşaqların boy, sümük, əzələ inkişafını təmin edir
 
 
Kimlərə olmaz?
 
– Mədədə yüksək turşuluq, qıcqırma, reflüks, qastrit xəstəliyi olanlara
– Mədəaltı vəz xəstəliyində
– xroniki böyrək xəstələri
– Bağırsaqlarda ishal, kolit, kron kimi iltihabi xəstəlik və yaralar olanlara