Məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri açıqlandı

“Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin qərarında əks olunub”.

Foodinfo.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.