Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssisləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bitki və heyvan sağlamlığı, yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Türkiyə Respublikası ilə bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Türkiyəli qonaqlarla AQTA tərəfindən ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.