Qatıq möcüzəsi

Alimlər aşkar ediblər ki, hər gün qatıq yeyən insanlarda ağciyər xəstəliklərinin və xüsusilə də ağciyər xərçənginin riski 20% azalır.

Həmçinin alimlər bildirirlər ki, qatıq və lifli qidaların birlikdə qəbulu ağciyər xərçənginin riskini daha da azaldır.

Foodinfo.az xarici KİV-lərə istinadla bildirir ki, araşdırmada ABŞ, Avropa və Asiyada yaşayan və ümumillikdə 1 milyon insanı əhatə edən 10 araşdırmanın nəticələri təhlil olunub.

Nəticədə alimlər aşkar ediblər ki, qatığn gündəlik istehlakı ağciyər xərçəngin riskini 20%, qatığın meyvə, tərəvəz və s. liflərlə zəngin olan qidalarla birlikdə istehlakı isə xərçəngin riskini 33% azaldır.