Bazarda ət satışınd nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, agentlik əməkdaşları tərəfindən Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, “Şəki Bazar” ASC-yə məxsus bazarın ət satışı sahəsində yoxlama keçirilib. Yoxlama zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin baytarlıq ekspertizasından keçirilmədən, möhürsüz şəkildə satışı həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.