Yem satışı mağazasında nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, agentlik əməkdaşları tərəfindən Ağsu şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Həmidov Xalis Şükür oğluna məxsus yem satışı mağazasında yoxlama keçirilib. Yoxlama zamanı mağazada məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun saxlanmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkar edilib. Eyni zamanda çalışan işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, müəssisədə sanitar norma və qaydalara əməl edilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.