Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib

 

Qida təhlükəsizliyi sahəsində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində istehlakçıların prosesdə aktiv iştirakını təmin etmək və mövcud vəziyyəti öyrənmək məqsədilə sorğu keçirilib.
Elektron formada keçirilən sorğuda opponentlərə “Daha əvvəl qida təhlükəsizliyi anlayışını eşitmisinizmi?”, “İstehlak etdiyiniz qida məhsullarının istehsalında qida təhlükəsizliyi qaydalarına əməl edilib-edilməməsi ilə maraqlanırsınızmı?”, “İstifadəyə yararsız, vaxtı keçmiş, qablaşdırılması pozulmuş qida məhsulu gördükdə nə edirsiniz?”, “Qida məhsulları alarkən açıq, yoxsa qablaşdırılmış məhsullara üstünlük verirsiniz?”, “Sizcə, son illər qida təhlükəsizliyinin təmin olunmasında görülən işləri qənaətbəxş hesab etmək olarmı?” sualları ünvanlanıb.

Foodinfo.az-ın məlumatına görə, sorğuda iştirak edən 653 nəfərdən 356-sı kişi (54.5%), 297-si isə qadındır (45.5%). Sorğuda iştirak edənlərin böyük əksəriyyərti – 82.7 %-i (540 nəfər) daha əvvəl qida təhlükəsizliyi anlayışını eşitdiyini bildirib. 653 opponentdən 530 nəfəri (81.2 %) “Son illər qida təhlükəsizliyinin təmin olunmasında görülən işləri qənaətbəxş hesab etmək olarmı?” sualına “bəli”, 123 nəfəri isə (18.8 %) “xeyr” cavabını verib.

Opponentlərdən 217 nəfəri (33.2%) 18-25, 197 nəfəri (30.2 %) 26-39, 147 nəfəri (22.5%) 40-54 yaş aralığında, 92 nəfəri isə (14%) 55 yaşın üzərində olan şəxslərdir. Opponentlərin (297) 45,5%-i ali təhsilli, (121) 18.5%-i natamam ali, (235) 36 %-i isə orta təhsillidir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş məsələlərin icrası ilə bağlı olaraq, hazırda sorğunun respublika ərazisini əhatə etməklə növbəti mərhələsi həyata keçirilir.

Sorğuda iştirak etmək üçün keçidə daxil ola bilərsiniz.

https://docs.google.com/forms/d/e/1FAIpQLSelMGnJAw_mImR2xale4RdNiyAXXjVVkcZm8S8UVwt8aKHuLg/viewform