Gürcüstandan Azərbaycana şərab ixracı 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 242,5 min ABŞ dolları dəyərində 63 232 litr təbii üzüm şərabı ixrac olunub.

Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artım qeydə alınıb.

İlk üç ayda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 62,3 min ABŞ dolları olan 68 058 litr pivə də idxal edib. Bu, ötən ilin eyni göstəricisindən 10 558 litr və yaxud 18,3 % çoxdur.