3 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 19 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 36 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, qeyd olunan tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.