Yoluxanların sayı azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Foodinfo.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.