Bu il 3 milyon dollarlıq nar ixrac edilib

2021-ci ilin yanvar-mart ayında Azərbaycandan 2 890 min dollar dəyərində nar ixrac edilib.

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixrac edilmiş narın miqdarı 1 854 ton təşkil edib.

Ötən ilin yanvar-mart ayına dair nar ixracı məlumatları Dövlət Gömrük Komitəsi tərəfindən göstərilməyib.