Azərbaycandan fındıq ixracı azalıb

2021-ci ilin ilk rübündə Azərbaycandan 29 milyon 51 min dollar dəyərində 4 min 681 ton fındıq ixrac edilib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2020-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsilə 21,3%, miqdar ifadəsilə 22% azalıb. 2020-ci ilin ilk rübündə Azərbaycandan 36 milyon 940 min dollar dəyərində 6 min 7 ton fındıq ixrac edilmişdi.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycandan 116 milyon 335 min dollar dəyərində 18 min 892 ton fındıq ixrac edilmişdir.