Pomidor istixanalarında videomonitorinqlər davam edir

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində 12-14 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Şəmkir rayonuda yerləşən, Əkbərov Sahil Abdulla oğlu, Hüseynov Ələsgər Qurban oğlu, Məlikov Səxavət Siyasət oğlu, Məlikov Royal Elman oğlu, Məmmədov Qərib Allahverdi oğlu, Tovuz rayonunda yerləşən, Hümbətli Tural İlqar oğlu, Salyan rayonunda yerləşən, Hüseynov Cavid Əlsaf oğluna məxsus pomidor məhsulu yetişdirilən istixanalarda və Şəmkir rayonunda yerləşən “Alyans Aqro” MMC, Salyan rayonunda yerləşən “Azfrut” MMC-də videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.