“İftar süfrələrində kütləvi yoluxmalar baş verəcək” – Xəbərdarlıq

İftar süfrələrində bir araya toplaşmağı, bir-birimizə qonaq getməyi çox sevən millətik. Amma nəzərə almaq lazımdır ki, COVID-ə yoluxma sayı getdikcə artır. Bizim bir araya toplaşmağımız xəstəliyə yoluxma sayını daha da artıra bilər. İnsanların bayramlaşmaq üçün telefonla əlaqə saxlaması bir- birinin evində iftar süfrəsində toplaşmaqdan daha yaxşı olar. Çünki kimdə koronavirusun olub-olmadığını təxmin edə bilmirik
Foodinfo.az xəbər verir ki, bunu APA-ya həkim infeksionist Turan İbrahimova deyib. O bildirib ki, son günlərdə koronavirusa yoluxma sayında artım müşahidə olunur.
Həkim qeyd edib ki, bəzi insanlar xəstəliyi assimptomatik keçirirlər:
“Onlar özləri belə COVID daşıyıcısı olduqlarının fərqində olmurlar. Həmin şəxslər bir araya gəlməsi, qohumların toplaşması bir nəsildə kütləvi yoluxmaya səbəb ola bilər. Bu baxımdan insanlardan diqqətli olmalarını xahiş edirik.
İnsanlar nə qədər çox bir yerə toplaşarsa, iftar süfrəsi olarsa, yoluxma riski artar. Belə olsa, yoluxma sayında artımı görəcəyik. Buna görə də hər kəsin evində olmasını xahiş edirəm. İnşallah, bu mübarizədən də qalib çıxacağıq. Bir az səbrli olmaq lazımdır”.